Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-05-2024 , 10:02

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev:  “Müasir Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması  ilk növbədə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”

”1918-ci ilin 28 may tarixində müsəlman şərqində ilk demokratik respublika  Azərbaycanda qurulub” – bu fikirləri Belediyye.infoya Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib. 

Cümhuriyyətin tutduğu yol demokratik yol idi və atdığı addımlar da məhz bu prinsiplərdən irəli gəlirdi. Bu yolda atılan addımlar sayəsində ölkəmiz milli rəmzlərə və dövlət atributlarına malik oldu. Xüsusi ilə vurğulanmalıdır ki, hələ XX əsrin əvvələrində ölkəmizdə  vətəndaş məmnunluğu  və hüquqları hər məqamdan uca tutulurdu.

O illərdə toplanılan zəngin təcrübə bu gün onun hüquqi varisi olan Azərbaycan Respublikasında uğurla həyata keçirilir və sistemli şəkildə inkişaf etdirilir.

Sədr açıqlamasında daha sonra qeyd edib ki, müasir Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hələ ötən əsrin 70-ci illərində xalqımızın milli-mənəvi dəyərlərinin müdafiəsi, ana dilimizin rolunun gücləndirilməsi, respublikamızın  iqtisadi qüdrətinin artırılması istiqamətində həyata keçirdiyi düşünülmüş siyasət cəmiyyətdə həm də  milli duyğuların baş qaldırmasına səbəb oldu.

Və ən nəhayət 1990-cı ildə Naxçıvan parlamentində Heydər Əliyevin sədrliyi ilə üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi müstəqillik dövrü tariximizin ən qürurlu səhifələrindən biri kimi qəbul edilir.  1993-cü ildə xalqın tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin ikinci dəfə  hakimiyyətə gəlişindən sonra ölkəmiz siyasi durğunluqdan qurtuldu və inkişaf yolu tutaraq  möhkəmləndi.

Təmraz Tağıyev bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda inamla və iti addımlarla  irəliləyir.  Ölkəmizin ərazi bütövlüyü bərpa olunub, dövlətimizin suverenliyi Vətənimizin hər bir guşəsində təmin edilib. Hazırda cənab Prezident İlham Əliyevin gərgin siyasi fəaliyyəti sayəsində Azərbaycan Qafqazda böyük söz sahibinə çevrilib.

Bu gün sözün həqiqi mənasında yüksək müstəqillik zirvəsində olan ölkəmizin inkişafına və çiçəklənməsinə hər birimiz öz töhfəmiz verməyə borcluyuq.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri həbs edildi

Gündəlik Xəbərlər
12-06-2024

Nazir rəisi işdən çıxardı

Gündəlik Xəbərlər
12-06-2024

ÜÇ SUAL ÜÇ CAVAB -soruşun cavab verək

Gündəlik Xəbərlər
05-06-2024